İŞİD-in başçısı ABŞ, İsrail, Rusiya və Avropa ölkələrini hədələyib

İŞİD-in başçısı ABŞ, İsrail, Rusiya və Avropa ölkələrini hədələyib
06:43 27 Dekabr 2015
86 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 27 dekabr, AZƏRTAC
Twitter-akkauntlarında İŞİD terrorçu qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin videomüraciəti yerləşdirilib. Bu barədə Reuters agentliyi məlumat yayıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, qruplaşmanın lideri ABŞ, İsrail, Rusiya və Avropa ölkələrinin – İŞİD-ə qarşı mübarizədə iştirak edənlərin hamısının ünvanına təhdidlər səsləndirib. Bağdadi iddia edir ki, endirilən zərbələr yaraqlılara nəinki xətər toxundurmayıb, əksinə onların döyüş ruhunu yüksəldib.
Bu audiomüraciət İŞİD liderinin son yeddi ayda ilk belə çıxışıdır. Yaz aylarında əl-Bağdadinin ABŞ hava qüvvələrinin aviazərbələri nəticəsində ağır yaralandığına dair məlumat yayılmışdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ISID_in_baschisi_ABS_Israil_Rusiya_ve_Avropa_olkelerini_hedeleyib-914756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR