İngiltərədə daşqınlar 10 minə yaxın evi elektriksiz qoyub

08:03 27 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


London, 27 dekabr, AZƏRTAC 
İngiltərənin şimal bölgəsində güclü daşqınlar baş verib.
Təbii fəlakət nəticəsində 10 minə yaxın ev elektriksiz qalıb. Lankasşayr və Yorkşayr şəhərlərində 2,2 min evdən sakinlər təxliyyə edilib.
Mütəxəssislər hadisəni “Britaniyada heç kəsin indiyə qədər görmədiyi sel” adlandırıblar. Britaniya Meteorologiya departamentindən əhaliyə həyati təhlükə törədə biləcək daha 6 daşqınla bağlı xəbərdarlıq edilib.
Britaniyanın baş naziri Devid Kameron bazar ertəsi hadisə ilə bağlı fövqəladə iclas keçirəcək.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ingilterede_dasqinlar_10_mine_yaxin_evi_elektriksiz_qoyub-914757

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR