“Qarabağ”ın qəsdən qola çevirmədiyi penaltı top-15-də yer alıb

“Qarabağ”ın qəsdən qola çevirmədiyi penaltı top-15-də yer alıb
08:08 27 Dekabr 2015
128 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 27 dekabr, AZƏRTAC
Rusiyanın “Futbol” telekanalı ilin diqqət çəkən futbol məqamlarını top-15-də toplayıb.
AZƏRTAC xəbər verir ki, telekanalın ən maraqlı on beş videosu arasında Azərbaycan Premyer Liqasının yeddinci turu çərçivəsində oynanılan “İnter”-“Qarabağ” qarşılaşması da yer alıb. Həmin oyunda “Qarabağ” komandasının mübahisəli penaltını bilərəkdən rəqib qapısına vurmaması “Futbol” telekanalı tərəfindən təqdirəlayiq jest kimi qiymətləndirilib.
Xatirladaq ki, on bir metrlik cərimə zərbəsi baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə kənara vurulmuşdu.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarabagin_qesden_qola_chevirmediyi_penalti_top_15_de_yer_alib-914758

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR