Şəmkir sakini qəza törətdi

Şəmkir sakini qəza törətdi
09:05 27 Dekabr 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir sakini avtoqəza nəticəsində ağır yaralanıb. 

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Şəmkirdə sürücünün xəsarəti ilə nəticələn yol qəzası baş verib. Rayonun Çinarlı kəndində sürücü, Şəmkir rayon sakini, 36 yaşlı Ruslan Abbasov idarə etdiyi avtomobilin idarəetməsini itirib və qəza törədib. Nəticədə adıçəkilən şəxs ağır xəsarətlərlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX)  travmatologiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti  ağır olduğu üçün o, reanimasiya şöbəsinə aparılıb. Həkimlər xəstənin çoxlu qan itirdiyini bildirib. Ona  sol bud sümüyünün aşağı üçdə birinin sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/393398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR