Yaponiyada tuneldə baş verən yanğın 80 qatar reysinin ləğvinə səbəb olub

Yaponiyada tuneldə baş verən yanğın 80 qatar reysinin ləğvinə səbəb olub
09:38 27 Dekabr 2015
12 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yaponiyanın şimalında Hokkaydo adasında tuneldə baş verən yanğın 80-dən çox qatar reysinin ləğvinə səbəb olub.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə əsasən, yanğın yerli vaxtla saat 05:00 radələrində müşahidə olunub.

Hadisənin elektrik xəttində yaranmış qısa qapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Alovun söndürülməsi artıq yeddi saatdan çoxdur ki, davam edir. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2474652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR