Yasamalda yaşayış binasında yanğın: 30 nəfər təxliyyə edilib

Yasamalda yaşayış binasında yanğın: 30 nəfər təxliyyə edilib
09:58 27 Dekabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda çoxmənzilli yaşayış binasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin girişində elektrik kabeli 15 p.m yanmış və ümumi sahəsi 5 kv.m olan plastik konstruksiyadan ibarət köməkçi otaq qarsalanmışdır.

Yanğın zamanı 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 04:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2474657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR