Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı təntənəli mərasim keçirilib (FOTO)

Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı təntənəli mərasim keçirilib (FOTO)
11:13 27 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən təntənəli mərasim keçirilib.

Tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin Sədri Avtandil Beridze, Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, İran İslam Respublikasının Baş Konsulu Hossein Maşhadi, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, “AcaraTV”nin baş redaktoru Soso Sturua, Türkiyə Respublikasının Baş Konsulluğunun əməkdaşları, Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin əməkdaşları, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak etdilər.

Tədbirdə baş konsul Rəşad İsmayılov, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına təbrikinı iştirakçıların diqqətinə çatdırdi.

Həmcinin, baş konsul Rəşad İsmayılov bu bayramın tarixçəsi haqqında məlumat verdi. O, Həmrəylik Gününün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləmiş və bu əlamətdar bayramın dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi rolunu vurğuladı. Baş konsul dünya azərbaycanlılarının həmrəyliyi ideyasının artıq təşəbbüsdən əməli işə çevrildiyini, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırıldığını, soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amil olduğunu diqqətə çatdırdı.

Baş konsul Prezident İlham Əliyevin noyabr ayında Gürcüstana səfəri zamanı Marneuli rayonunda “Çay evi” tədris mərkəzində azərbaycanlı soydaşlarımızla görüşünü tədbir iştirakcılarına xatırlatmış və dövlət başcısının Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün Gürcüstanda yaşayan azərbaycanlıların bu işdə böyük rol oynadığını vurğuladı.

Tədbirdə cıxış edən Acarıstan Muxtar Respublikasının Hökumətinin Ali Sovetinin Sədri Aftandil Beridze öz nitqində azərbaycanlıların arasında olmaqdan və onlarla bir yerdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etməkdən şad olduğunu bildirmişdir. Gürcülərin Azərbaycan xalqına xüsusi münasibəti olduğunu vurğulayan Ali Sovetin Sədri qeyd etdi ki, Acarıstanın, özəlliklə də Batuminin tarixinə nəzər yetirilsə, xalqlarımızın qədimdən dost olduğu, şəhərlərimizin və regionlarımızın çoxəsrlik dostluq tarixinin olduğu asanlıqla anlaşılar.

Tədbirdə, həmçinin Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi çıxış etdi. O, təbriklərə qoşularaq Gürcüstan ilə Azərbaycan arasındakı tarixi əlaqələrdən söhbət açmış, xalqlarımızın yaxın qonşuluq və möhkəm dostluq şəraitində yaşadıqlarını vurğuladı. Batumi Dövlət Universitetində “Acarıstan-Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyasının dərinləşən dostluğumuzun və təhsil əlaqələrimizin gözəl nümunəsi olduğu qeyd etdi.

Tədbir bədii proqram və ziyafətlə yekunlaşdı.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2474663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR