Bakının məşhur mağazasında insanların həyatı ilə oynayırlar - FOTO

Bakının məşhur mağazasında insanların həyatı ilə oynayırlar - FOTO
11:17 27 Dekabr 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən axşam saatlarında Bakının məşhur ticarət mərkəzlərindən biri olan "28 Mall"da az qala bədbəxt hadisə baş verəcəkdi.

"Qafqazinfo"nun əməkdaşı da hadisənin şahidi olub. Belə ki, mərkəzin ikinci mərtəbəsində yerləşən "LC Waikiki" mağazasının tavanından bir parça müştərinin qarşısına düşüb.

Müştərinin sözlərinə görə, qəzalı vəziyyət olması ilə bağlı ona əvvəlcədən hər hansı bir xəbərdarlıq olunmayıb: "Başımı azacıq qarşıya əysəydim, tavandan qopan parça düz başıma düşəcəkdi. Burada mən yox, hər hansı bir uşaq da ola bilərdi. Bədbəxt bir hadisə baş versə, kim cavabdeh olacaq?

Yerdə su var idi və vedrə, əski qoyulmuşdu. Deməli, bu vəziyyət birdən baş verməyib və mənə xəbərdarlıq edilməli idi. Mağazada şikayət etdim və məni mərkəzin rəsmi ofisinə yönləndirdilər. Ofisdə isə iş 18:00-da bitdiyindən heç kim olmadığı bildirildi. Məlumat mərkəzinə düşüb şikayətimi etdim".

Məsələ ilə əlaqədar olaraq mərkəzin ictimai işlər üzrə meneceri Zülfüqar bəylə danışdıq.

Menecerin sözlərinə görə, bu, onların yox, mağazanın günahıdır və məsələ tez bir zamanda araşdırılaraq həll olunacaq.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR