Deniz Sekiyə həbsxanada özəl otaq

Deniz Sekiyə həbsxanada özəl otaq
11:21 27 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Həbsxanada olan müğənni Deniz Seki yaradıcılıq işlərini yarımçıq qoymur.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ifaçı həftədə bir gün onun üçün özəl ayrılan otaqda mahnılar bəstələyir.

13 aydır həbsxanada olan Seki Sezen Aksunun yolladığı məktubdan sonra mahnı sözləri yazmağa başlayıb. Bunun üçün Denizə həftədə bir gün otaqda tək qalma icazəsi də verilir.

Müğənni həbsxanadan çıxdıqdan sonra yeni mahnıları ilə sevənlərinə sürpriz edəcəyini bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR