İtkin neftçilərdən birinin meyidi tapıldı

İtkin neftçilərdən birinin meyidi tapıldı
13:05 27 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də "Günəşli" yatağında baş verən yanğın zamanı itkin düşən neftçilərdən birinin meyidi bu gün Xəzərin Türkmənistan sahilində tapılıb.

Bu barədə virtualaz.org-a Bakının Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda o da bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyidi gətirmək üçün artıq Türkmənistana yollanıblar.

Xatırladaq ki, dekabrın 4-də güclü külək nəticəsində yüksəkgərginlikli sualtı qaz kəməri zədələnmiş və "Günəşli" yatağının 10-cu platformasında yanğın baş vermişdi. Dərhal görülən xilasetmə tədbirləri nəticəsində 33 nəfər xilas olunmuş, sonradan 8 nəfərin meyidi tapılmışdı. 22 nəfər neftçi isə bu günə qədər itkin düşmüş hesab edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR