Bakıda dollar ajiotajı: "qara" bazar açıldı

Bakıda dollar ajiotajı: "qara" bazar açıldı
13:06 27 Dekabr 2015
980 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtda valyuta dəyişmə məntəqələri bağlıdır.

ANS PRESS-in məlumatına görə, 28 may metrostansiyası yaxınlığında sakinlərdən dollar almağı təklif edən satıcılar bildirirlər ki məntəqələrin bu gün bağlı olması bazar ertəsi dolların məzənnəsinin 2 manata çatacağı ilə bağlıdır. Şənbə-bazar dollar satmaqla məntəqələr özlərinə ziyan etmək istəmirlər. Bizimlə həmsöhbət olna, lakin özünü təqdim etmək istəməyən şəxs 1 ABŞ dollarını 1.75 AZN-ə almağı təlkif etdi. Bizim ondan dollar almaq istəyimizə gəlincə isə o gülümsəyərək, hazırda heç kimin dollar satmadığını, yalnız aldığını bildiridi. Daha bir satıcı isə bir ABŞ dollarını 2 manata təklif etdi. Yəni real müştəri varsa razılıq əldə oluna bilər.

Bütün bu baş verənlər ölkədə ötən əsrin 90-cı illərində olduğu kimi, yenidən "qara" bazarın yaranmasından xəbər verir. Bu ssenari bir çoxlarına tanışdır. Bakıda valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina edir, dollar "qara" bazarda səyyar şəkildə satılır. Hazırda 28 may metrostansiyası yaxınlığında "qara" bazar nümayəndələri öz kiçik şəbəkələrini də qurublar və taksi şoferləri də bu işdə onlara yardımçıdır.



Bağlı valyutadəyişmə məntəqələri

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR