Kadırov azərbaycanlı döyüşçüyə avtomobil hədiyyə etdi - VİDEO

Kadırov azərbaycanlı döyüşçüyə avtomobil hədiyyə etdi -   VİDEO
13:17 27 Dekabr 2015
150 İdman
Ölkə mətbuatı
A- A+

Qroznı şəhərində “Qroznaya bitva - 13” adlı döyüş gecəsi keçirilib.


Gecədə “Axmat” klubunu təmsil edən dünya və Avropa çempionatlarının, müxtəlif Qran-prilərin qalibi olmuş azərbaycanlı döyüşçü Zabit Səmədov bir neçə dəfə dünya çempionu olmuş, Avstraliyanı təmsil edən Polşa əsilli Pol Slovinskiyə qalib gəlib.


Z.Səmədovu qələbə münasibəti ilə Çeçenistan prezidenti Ramzan Kadırov təbrik edib. O, azərbaycanlı döyüşçüyə “Mercedes W222” markalı avtomobil həddiyə edib. Bu barədə Zabit Səmədov “İnstagram” hesabında məlumat verib.


Qeyd edək ki, çeçen lideri də Z. Səmədovu, onu Azərbaycanda dəstəkləyənləri öz “İnstagram” hesabında təbrik edib.



Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kadrov-azrbaycanl-doyucuy-avtomobil-hdiyy-etdi-t46446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR