Ağdamda bir gündə iki mağazanı yardılar

Ağdamda bir gündə iki mağazanı yardılar
14:05 27 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam rayonunda iki mağazadan oğurluq edilib.

"Report" xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb.
Oğrular ilk öncə prospektdə yerləşən, Məmmədov Zaur İlqar oğluna məxsus ərzaq mağazasından təxminən 40-50 AZN dəyərində ətriyyat və spirtli içkilər oğurlayıblar. Canilər mağazaya mağazanın damından daxil olublar.
Daha sonra onlar eyni qayda ilə ərzaq dükanı yaxınlığında yerləşən mobil telefon mağazasına da daxil olublar. Qasımov Rəşad Həbib oğluna məxsus telefon mağazından isə ümumi dəyəri 1000 manata yaxın telefon və telefon aksesuarları oğurlanıb. Canilər telefon mağazasının ön qapısının şüşələrini qıraraq hadisə yerindən qaçmağa nail olublar.
Hər iki zərərçəkən Ağdam Rayon Polis Şöbəsinə müraciət edib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır, oğruların kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/393441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR