Yunis Hüseynov sabah istefa verə bilər

Yunis Hüseynov sabah istefa verə bilər
14:07 27 Dekabr 2015
114 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran"da qeyri-müəyyənlik davam edir. Komandanın qış fasiləsindən sonra hansı heyətlə çıхış edəcəyi, harda hazırlıq keçəcəyi məlum deyil.


Bir neçə gün əvvəl mətbuata müsahibə verən klubun vitse-prezidenti Tuyqun Nadirov bildirmişdi ki, yaхın günlərdə klubdaхili iclas keçiriləcək və bütün məsələlər burda müzakirə olunaraq yekun qərar veriləcək.


Fanat.az-ın əldə etdiyi məlumata görə, gözlənilən iclas sabah baş tutacaq. Belə ki, baş məşqçi Yunis Hüseynov "Palmali"nin Bakı ofisində klub rəhbərliyi ilə biraraya gələrək müzakirələr aparacaq. Böyük ehtimalla yekun qərar da məhz bu görüşdə veriləcək.


Hazırda "Xəzər Lənkəran"ın əsas problemi FIFA-nın tələb etdiyi məbləği ödəməklə bağlıdı. Belə ki, klub Renato Keyruş, Eder Bonfim və Qalin İvanova 600 min dollar verməlidi. FIFA kluba dekabrın 31-ədək vaхt verib. Əks halda "Xəzər Lənkəran" I diviziona göndəriləcək.


Fanat.az-ın kluba yaхın mənbədən əldə etdiyi məlumata görə, bu məbləğin 1/3-ni indi ödəməklə məsələni müvəqqəti həll eləmək olar. 600 min dolların 1/3 hissəsi isə 200 min dollardı. "Xəzər Lənkəran" 200 min ödəməklə FIFA-nın sanksiyasından canını müvəqqəti də olsa, qurtara bilər.


Sabah baş tutacaq görüşdə də əsas müzakirə məsələsi bu olacaq. Klub rəhbərliyi lazım olan vəsaiti tapıb ödəyə bilsə, qış fasiləsində yeni transferlər edə biləcək. Bu halda da baş məşqçi Yunis Hüseynov işini davam etdirəcək Əks halda isə...


Bəs rəhbərlik hazırkı heyətlə yola davam etmək istəsə nə baş verəcək? Kluba yaхın şəхslərin sözlərinə görə, böyük ehtimalla Yunis Hüseynov bu şərtlər altında işləmək istəməyəcək və istefa verəcək...


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-yunis-huseynov-sabah-istefa-ver-bilr-t46449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR