İlham Əliyevin tapşırığına əsasən Tacikistana humanitar yardım göndərilib - FOTO

14:22 27 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) dekabrın 27-də Azərbaycan hökuməti adından Tacikistan Respublikasının Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan, 11 yük maşınından ibarət və ümumi dəyəri 800 min manat olan humanitar yardıma 9.5 ton qənd, 9.5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 2000 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 110 ədəd çadır, 6000 kvadratmetr dam örtüyü (dəmir şifer) və 30 kubmetr taxta daxildir.

Humanitar yardımın yola salınması mərasimində fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə və Tacikistanın ölkəmizdəki səfirliyinin 1-ci katibi Salimi Xatloni iştirak ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR