Uzun illər "Çocuqlar duymasın" serialında Məltəm obrazını canlandıran Pınaq Altuğ son dövrlər heç bir ekran işində rol almır.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, aktrisa jurnalistlərin "Niyə efirlərdə yoxsunuz" suallarını cavablandırıb:
"Gözəl bir layihə təklifi gəlsə, razılıq verərəm. Məni kimsə istəmir. İki gündən sonra yayımlanmasına qadağa qoyulacaq bir layihədə yer almaq istəmərəm. İstəyirəm ki, hər kəsin üzünü güldürəcək bir ssenari olsun".