“Bank BTB” 132,41 min manat mənfəət əldə edib

17:43 27 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 27 dekabr, AZƏRTAC
“Bank BTB” ASC bu ilin üçüncü rübündə 132,41 min manat mənfəət əldə edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, rübün sonuna bankın aktivləri 156 milyon manat təşkil edib. Bu da ilin əvvəli ilə müqayisədə 14 milyon manat çoxdur.
Qeyd edək ki, bir müddət əvvəl “Bank BTB” əlavə səhm emissiyası vasitəsi ilə nizamnamə kapitalını 2 milyon manat həcmində artırmaq niyyətində olduğunu bildirmişdi və yeni emissiya prosesinin yekununda bankın nizamnamə kapitalı 52 milyon manata çatdırılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR