Mourinyo yenidən “Real”a keçir?

18:39 27 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

“Real” Joze Mourinyoya yenidən təklif göndərib. Apasport.az saytının məlumatına görə, belə bir iddia ilə “The Sunday Times” nəşri çıxış edib.

 

Nəşrin iddiasına görə, klub prezidenti Florentino Peres portuqaliyalı mütəxəssisə zəng edərək, ona yenidən kluba rəhbərlik etməyi təklif edib. Prezident həmçinin Mou ilə uzunmüddətli müqavilə imzalamaq istədiklərini deyib.

 

Ancaq portuqaliyalı mütəxəssis bu təklifə hələ ki cavab verməyib. Mənbə iddia edir ki, Joze Mourinyo fəaliyyətini İngiltərədə davam etdirmək istəyir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR