Amerika polisi beş uşaq anasını güllələdi

19:42 27 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Çikaqoda polis şübhəli şəxsi saxlamağa cəhd edərkən, onun qonşusunu da güllələyib. Nəticədə Betti Cons adlı qaradərili qadın həlak olub.

XəzərXəbər CBS-ə istinadən xəbər verir ki, öldürülən qadın beş uşaq anası imiş. 

Polislər onun qonşuluğunda yaşayan şəxsi saxlamaq üçün gəliblərmiş. 19 yaşlı ruhi xəstə Kuintino Leqirin atası polisə zəng vuraraq bildirib ki, oğlu beysbol dəyənəyilə onu hədələyir. Çağırışa gələn polislər həm oğlanı, həm də təsadüfən qonşu qadını güllələyiblər. Nəticədə ikisi də həlak olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR