Bərdədə qonşusu ilə mübahisə edən kişi ölüb

19:52 27 Dekabr 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 27 dekabr. REPORT.AZ/ Bərdədə rayonun Ərəblər kəndində müəmmalı ölüm hadisəsi baş verib. 
Rayon prokurorluğundan "Report"a verilən məlumata görə, kənd sakini Muxtar Hüseynovla qonşusu Asif Mustafayev mübahisə edib. Davadan sonra 1953-cu il təvvəlütlü Asif Mustafayevin vəziyyəti qəflətən pisləşib və o keçinib.
Rayon prokurorluğu və polis əməkdaşları hadisənin baş verdiyi kəndə gediblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.
62 yaşlı kişinin hansı səbəbdən öldüyü isə aparılan araşdırmadan sonra məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda aradırma başlanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR