“Evə dönüş” serialının baş rol ifaçısı Tardu Flordunla tərəf müqabili İpek Erdem sevgilidir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün partilərin birində görüntülənən cütlük bir-birlərinə səmimi davranaraq sirlərini aşkara çıxarıblar. Münasibətlərini yaxınlarından belə gizlədən Tardu ilə İpəyin Bebekdə eyni evdə yaşadıqları öyrənilib.
Tanınmışlar sevgili olduqlarını çəkiliş heyətindən belə gizlədirmişlər.