“Azercell” Müştərilərlə Əlaqə Mərkəzi nişanı üzrə resertifikasiya prosesindən uğurla keçib

20:33 27 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 27 dekabr, AZƏRTAC
“Azercell” EN15838 Müştərilərlə Əlaqə Mərkəzi nişanı üzrə resertifikasiya prosesindən uğurla keçib. Şirkətin fəaliyyəti xarici auditorlar tərəfindən yüksək qiymətləndirilib və “Azercell”in resertifikasiya şərtlərinə tamamilə uyğun olduğu bir daha təsdiqlənib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, EN15838 keyfiyyət sertifikatı müştəri məmnuniyyətini yüksəltmək, narazı abonentlərin sayını azaltmaq, telefon mərkəzləri əməkdaşlarının bacarıqlarını artırmağı nəzərdə tutan keyfiyyət standartıdır. Həmin sertifikata layiq görülən şirkətlər mütəmadi olaraq yoxlanılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR