Neftçalada DSMF-nin rayon şöbəsi üçün inzibati binanın inşası başa çatıb

21:08 27 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Neftçala, 27 dekabr, Mahir Babayev, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun sifarişi ilə Neftçalada rayon şöbəsi üçün inzibati bina tikilir.
AZƏRTAC xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində inşa olunan binanın tikintisinə bu ilin əvvəlində başlanılıb. İkimərtəbəli binanın ümumi sahəsi 370 kvadratmetrdir. İki dəhlizdən, iki sanitar qovşaqdan və yeddi iş otağından ibarət olan binada havalandırma sistemi quraşdırılıb. Müasir arxitekturanın tələblərinə uyğun tikilən binada vətəndaşlara nümunəvi xidmət göstərmək üçün bütün lazımi şərait yaradılıb. Binanın tikintisi artıq başa çatıb. Hazırda ərazidə yaşıllaşdırma işləri aparılır.
Binanın yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchalada_DSMF_nin_rayon_sobesi_uchun_inzibati_binanin_insasi_basa_chatib-914808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR