İraq: qoşunlar Ramadini "geri qaytarır"

İraq: qoşunlar Ramadini "geri qaytarır"
21:38 27 Dekabr 2015
60 Digər
Ölkə mətbuatı
A- A+

İraq qüvvələri özünü "İslam Dövləti" adlandıran qruplaşmanın zəbt etdiyi Ramadi şəhərinə daxil olub, mənbələr BBC-ə bildirib.

Milli.Az "BBC Azərbaycanca"ya istinadən xəbər verir ki, hökümət həftələrdir Ramadini geyi qaytarmağa cəhd edirdi, amma bu, həmişə uğurlu olmurdu.
Son günlərdə qoşunlar şəhəri küçə-küçə, bina-bina geri qaytarmağa başlayıb.
Snayper atəşinin dayanmasından sonra kəşfiyyat rabitəsi hərəkətsizlik hiss etdikdən sonra qüvvələr irəliləyib.
ID silahlılarının şəhərin şimal-şərqinə qaçdığı güman edilir.
Hazırda döyüşlər şəhərin cənub qərbində davam etdirilir.
Əsasən sünni müsəlmanların yerləşdiyi bu şəhər Bağdadın qərbində yerləşir.
İD şəhəri mayda ələ keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR