Britaniyalı avarçəkən Sakit okeanı ilk dəfə diaqonal üzrə keçib

Britaniyalı avarçəkən Sakit okeanı ilk dəfə diaqonal üzrə keçib
22:02 27 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 27 dekabr. REPORT.AZ/ Britaniyalı Con Biden dünyada ilk dəfə Şimali Amerikadan Avstraliyaya doğru Sakit okeanı diaqonal üzrə qət edib.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, 53 yaşlı Biden iyunun 1-də San Fransiskodan yola çıxaraq gündə 15 saat avar çəkib və 209 gün sonra 7400 mil məsafə qət edərək Avstraliyanın Kerns bölgəsinə çatıb.
O, bildirib ki, həftələr öncə Avstraliyanın şimal-şərqinə çatmağı planlaşdırıb, lakin pis hava şəraiti buna mane olub. 
"Bu miqyasda səyahəti başa vurmuş ilk adam olmaq inanılmazdır və mən hələ də buna inanmıram", - deyə o söyləyib.
Əslən İngiltərənin Şeffild şəhərindən olan Biden Kanadada yaşayır.
Biden 4 il öncə oxşar səyahəti Anlantik okeanında həyata keçirib.


Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/britaniyali-avarceken-sakit-okeani-ilk-defe-diaqonal-uzre-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR