Nişanlısından ayrıldı

Nişanlısından ayrıldı
23:12 27 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Aktrisa Deniz Uğur dörd ildir birlikdə olduğu nişanlısı rejissor Orçun Benliylə yollarını ayırıb. 

Gecce.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evlənəcəkləri gözlənilən cütlüyün ayrılıq xəbərini aktrisa sosial mediadan bildirib:

"Gələcəkdə yarana biləcək yanlış şayiələrə yer verməmək üçün bu açıqlamanın edilməsinin lazım olduğunu düşünürəm. Nişanlım Orçun Benliylə dörd illik bərabərliyimizi sonlandırdıq. Kimsə inciməsin deyə bu mövzuda verilən suallara cavab verməyəcəm".

Qeyd edək ki, Deniz Uğur "Adını Feriha koydum", "Umutsuz ev kadınları", "Aşk zamanı" və bir çox seriallarda rol alıb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR