Başı kəsilən meyiti yandırıblar

Başı kəsilən meyiti yandırıblar
14:51 30 Dekabr 2014
255 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saat 09 radələrində Zərdab rayonu Hüseynxanlı kəndi ərazisində, çöllük sahədə meyiti tapılan şəxsin boğazı kəsilib, bədənin bir neçə yerinə kəsici bıçaq zərbələri endirilib. Bu barədə ANS PRESS-ə rayon hüquq-mühafizə orqanlarında məlumat verilib.

Bildirilir ki, meyitin aşağı ətrafı yandırılıb. Meyit tanınmaz hala düşüb. Onu Zərdab şəhər məscidinə aparıblar. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl itkin düşən rayonun Dəli Quşçu kənd sakini 1989-cu il təvəllüdlü Rəşad İnşallah oğlu Zeynalovdur. Onun valideynləri gələrək meyitin şəxsiyyətini təsdiqləyiblər.

Ehtimal edilir ki, qətl şəxsi münasibətlər zəmnində baş verib. İlkin versiyalardan biri də hadisənin qısqanclıq zəmnində, qız üstündə törədilməsidir. Cinayətdə şübhəli bilinən şəxslər də var. Onlar ətrafında istintaq tədbirləri görülür. İstintaq sirri olduğu üçün şübhəli şəxslərin kimliyi barədə məlumat verilmir.

Rayon Prokurorluğundan ANS PRESS-ə bildirildi ki, hadisə barədə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=317151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR