"JEEP" "Mercedes"lə toqquşdu: bir ailədən 3 yaralı

"JEEP" "Mercedes"lə toqquşdu: bir ailədən 3 yaralı
23:44 27 Dekabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun  Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Bərdə rayon sakini, 1964-cü il təvəllüdlü Ramiz Əvəz oğlu Əzizovun idarə etdiyi “Jeep” markalı, 09 BJ 700 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu Muxax kənd sakini, 1981-ci il təvəllüdlü Qüdrət İsa oğlu Orucovun idarə etdiyi “Mercedes” markalı 62 BK 173 dövlət nömrə nişanlı avtomobil toqquşub.

 

Qəzada “Mercedes”in sürücüsünün qızı. 2010-cu il təvəllüdlü Aysu Orucova və bacıları, 1983-cü il təvəllüdlü Nüşabə Kələşova ilə 1971-ci il təvəllüdlü Zemfira Orucova xəsarət alıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.


Yaralılardan Zemfira Orucova qapalı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, digərləri isə ilkin yardımdan sonra evə buraxılıblar.
 

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. 




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR