Bu bitkilər dözülməz revmatizm ağrısını sakitləşdirir

Bu bitkilər dözülməz revmatizm ağrısını sakitləşdirir
00:17 28 Dekabr 2015
119 Sosial
Ölkə mətbuatı
A- A+

Revmatizm ağrıları insanları ən çox narahat edən problemlərdən biridir. Bu xəstəlik adətən yaşlı insanlarda rast gəlinir. Lakin gənclər də bu xəstəlikdən əziyyət çəkir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, revmatizm ağrısını bəzi bitkilərlə azaltmaq mümkündür. Bu məsləhətlər duzlaşmanın da qarşısını alacaq.
 
Revmatizm ağrılarını sakitləşdirmək üçün ayaqları rozmarin yağı ilə masaj edin. Bu yağ oynaqlardakı ağrını sakitləşdirmək üçün çox effektlidir.
 
Dəfnə yağı da revmatizm ağrılarını azaltmaq gücünə malikdir. Bu yağı revmatizm üçün faydalı olan digər yağlarla qarışdırıb ayaqları masaj  etmək mümkündür.
 
Gündə bir ədəd alma yemək də revmatizmin mənfi təsirlərini minimuma endirir. Bu sizi ürək və  qan dövranı problemlərindən qoruyacaq. Alma bədənə duz yığılmasının qarşısını alaraq ağrını sakitləşdirir.
 
İtburnu bitkisinin meyvələrindən çay dəmləyib için. Həftədə 3 dəfə bu çaydan içsəniz, revmatizm nəticəsində yaranan dözülməz ağrılar azalacaq.
 
Aspirin də revmatizm ağrılarına qarşı ən təsirli vasitələrdən hesab olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/393499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR