Qəza baş verən mədənin sahibi intihar etdi

Qəza baş verən mədənin sahibi intihar etdi
05:26 28 Dekabr 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

Çinin Şandonq vilayətində qəzanın baş verdiyi gips mədəninin sahibi ötən gün özünü quyuya atmaqla intihar dib. Cümə günü mədənin uçmasından sonra 1 nəfər həlak olub. 4 nəfəri yerin altından çıxarmaq mümkün olsa da, 17 nəfərin aşkarlanması və təxliyyəsi üçün əməliyyatlar davam etdirilir. Bu əsnada mədənə sahib olan Yuronq şirkətinin rəhbəri Ma Konqbo özünü quyuya ataraq özünü suda boğub. Rəsmilər onun öz həyatın qəsd etməsinin motivləri barədə məlumat verməsə də, Çində höküməti vəzifə başında səhlənkarlıq edən rəhbərlərin cəzasını sərtləşdirdiyindən, onun bu yolla məsuliyyətdən “canını qurtarmağa” çalışdığı güman edilir. 3 gün əvvəl baş vermiş mədən qəzasına isə nəyin səbəb olduğu hələ də müəyyənləşməyib. Xilasedcilər işçilərin çıxılmaz vəziyyətdə qaldığı qapalı tunelə giriş əldə etmək üçün dəlik qazıb və həmin dəliklə mədənçilərə ərzaq və su ötürməyə çalışır. Axtarış-xilasetmə işlərinə 700-dən çox fövqəladə hallar əməkdaşı cəlb olunub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR