Sakit okeanı ilk dəfə avarla keçdi

Sakit okeanı ilk dəfə avarla keçdi
07:17 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Britaniyalı bir kişi dünyada ilk dəfə Şimali Amerikadan Avstraliyaya doğru, Sakit okeanında dayanmadan təkbaşına avar çəkib.

Milli.Az BBC-yə istinadən bildirir ki, 53 yaşlı John Beeden iyunun 1-də San Fransiskodan çıxıb və 209 gün təxminən 15 saat avar çəkib.

O, həftələr öncə Avstraliyanın şimal-şərqinə çatmağı planlayıb, lakin pis hava şəraiti ona mane olub.

O deyib ki, okeanda olduğu müddətdə davam edə bilməcəyini düşündüyü anlar da olub.

"Bu miqyasda səyahəti başa vurmuş ilk adam olmaq inanılmazdır və mən hələ də buna inanmıram", o söyləyib.

Əslən İngiltərənin Şeffild şəhərindən olan Beeden Kanadada yaşayır.

Cənab Beeden 4 il öncə oxşar səyahəti Anlantik okeanında həyata keçirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR