"Canlı bomba" özünü partlada bilmədi

"Canlı bomba" özünü partlada bilmədi
07:57 28 Dekabr 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə PKK terror təşkilatının üzvü olan, sui-qəsd hazırılığında olduğu güman olunan qadın polis tərəfindən zərərsizləşdirilib.
Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə kürdlərin kompakt yaşadığı Mardin vilayətinin Derik rayonunda baş verib.

Rayon polis bölməsinin binasına daxil olmağa çalışan qadın polisin sayıqlığı nəticəsində ələ keçirilib. "Lilav" kod adlı qadın terrorçu əlində 2 əl qumbarası və 1 "Glock" markalı tapança ilə bölməyə daxil olub. Onun hərəkətlərin şübhələnən polis əməkdaşı qadın terrorçunun üstünə tullanaraq onu zərərsizləşdirib.

Təcridxanaya yerləşdirilən qadın terrorçu paltarındakı iplə intihara cəhd etsə də polis onun özünü öldürməsinin qarşısını alıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR