Məşhur qida firması Rusiyada zavodlarını bağlayır

Məşhur qida firması Rusiyada zavodlarını bağlayır
08:27 28 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın dünya şöhrətli süd və qida məhsulları istehsalçısı "Danone" Rusiyadakı 2 zavodunu bağlayır.

Milli.Az anspress-ə istinadən bildirir ki, Tomsk və Çeboksar şəhərlərindəki zavodların bağlanmasına səbəb, aşağı rentabellik, satış həcminin azalması və zavodların müasir texniki tələblərə cavab verməməsidir. Bütün bu amillər şirkətin yeni keyfiyyət standardları siyasətinə uyğun gəlmədiyindən, həmin müəssisələrə investisiyaların yatırılmasına lüzum görməyib.
Bağlanacaq Tomsk süd kombinatında və Çeboksar süd zavodundakı resurlsar "Danone"un Samara, Saransk və Kazandakı müəssiələrinə köçürüləcəyi nəzərdə tutulur. Fransa şirkəti bağlanacaq zavodların əməkdaşlarına Rusiya əmək məcəllləsinin tələblərindən daha yüksək kompensasiya verməyi vəd edib.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR