Nanəyə "Porsсhe" alan adam, sənətçilərin vergi fırıldaqları və Təranə Qumralın xəyanət ittihamı HƏFTƏBECƏR

Nanəyə "Porsсhe" alan adam, sənətçilərin vergi fırıldaqları və Təranə Qumralın xəyanət ittihamı HƏFTƏBECƏR
09:27 28 Dekabr 2015
172 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (59-cu say) təqdim edir.

2015-ci ildə sizinlə son görüşümüz olduğundan daha pozitiv məsələlər barədə danışmaq istədim. Amma bunu etmək bir xeyli müşkül oldu. Nə illah elədimsə, ortaya saçyoldulardan, qırğın-qiyamətdən başqa bir şey cıxmadı. Bircə xoş xəbər o oldu ki, nəhayət, nazirlik yeyib harınlamış sənət adamlarının da vergi ödəməli olduğunu başa düşdü. Bildiyimə görə, babat cərimələnənlər, cərimələnib kefi pozulanlar, daydaylarından inciyənlər də var. O gün bir tanış danışır ki, hansısa müğənni ilə hərdənbir görüşüblərmiş. Vergi söhbəti ortaya çıxanda zəng vurub ki, balam, bir şey eləyə bilərsən? Bu dostum da deyib ki, belə pis çıxmasın mən elədiyimi eləmişəm, ancaq vergi işinə barmaq eləmək mənlik deyil.

Könül Kərimova küsülü olduğu həmkarları barədə danışıb, amma ad çəkməyib. Deyib ki, nə olsa da, barışmaram filan.  
"Elə bir insan var ki, yerlə-göy birləşsə də, onunla barışmaram. Görsəm ki, o tərəfdən gəlir, yolumu dəyişəcəm. O, çox pis adamdır. Ayaqlarıma qapansan belə, bağışlamaram. Üzr istəməyi də bacarmaq lazımdır. Bilirəm ki, onda o üz yoxdur. Gözümdə o xanımın heç bir çəkisi qalmayıb. Kimliyini demək istəmirəm. Sənətdə olan biridir. Amma mən onu sənət adamı kimi qəbul etmirəm. Sənəti də yoxdu. Onu bağışlamağa dəyməz"
Heç kimə deməyin. Amma məndə olan məlumata görə, Kərimovanın haqqında danışdığı xanım Təranə Qumraldır. Daha səbəbini soruşmayın.

Təranə Qumraldan söz düşmüşkən çoxdandır sosial şəbəkədəki hesablarını da dondurub, mətbuatdan da uzaq düşüb heç efirlərdə də görməmişəm. Deyəsən, qayıdıb məşhur ailə qalmaqalından əvvəlki dönəmə. Ayda bir yol, həftədə bir yol variantına. Efirə çıxmağı deyirəm. Ancaq kim nə deyir desin, Təranə Qumral olmayan şou-biznesimizə "Xəzər Lənkəran"ın Azərbaycan çempionatına gətirdiyi intriqanı gətirmişdi. Lənkəranlılar zəifləyiblər, çempionat da maraqsızlaşıb. Ona görə də Təranə Qumral tezliklə sosial şəbəkələrə, efirlərə qayıtmalı, qalmaqallarda yaxından iştirak etməlidir. Hətta lazım gəlsə, bu dəfə özü Musa Musayevi xəyanətdə ittiham etməlidir.

Nəysə bu sənət əhlinin dərdi çəkiləsi deyil. İstənilən halda qarşıdan gələn bayramlar münasibətilə oxucularımızdan sonra onlara da təbrik və təşəkkür düşür. Çünki hərdənbir yazılarıma başqa adlarla tənqidi şərhlər yazdırırlar. Bu da diqqətin bir növüdür. Yenə də sağ olsunlar.

Nanə  Ağamaliyeva neçə illərdir televiziya sahəsində can qoyur. Təzəlikcə bir "Porsсhe" alıb.  Camaat da hoyduhoyduya qoyub ki, bəs o qədər pul səndə hardan? Bəs niyə  filankəs 40 ildir tikintidə can qoyur, amma bir velosiped ala bilmir... Yəni guya maşını başqası alıbmış. Gör ha... Nanə də bir xeyli mənalı-mənalı güləndən sonra deyib ki, eh paxillar zad... Yeni heç vejjimə də doyül nə düşündüyünüz. Doğrudan da, camaat dəhşətdir e. Elə bəlkə özü alıb. Məgər Nanə özünə "Porsсhe" ala bilməz? Amma yenə  də hər kim alıbsa, sağ  olsun. Sevimli doxdur aparıcımızın canı ucuzvari arabalardan qurtarıb. Baxma da adı-sanı var, məşhur adamdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/393485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR