Xəsarət alan neftçilərin hamısı evə buraxıldı

Xəsarət alan neftçilərin hamısı evə buraxıldı
10:27 28 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

SOCAR-ın "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan neftçilərdən son 3 nəfəri də Mərkəzi Neftçilər Xəstəxanasından (MNX) evə buraxılıb.

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya bildirib ki, neftçilərin müalicələri başa çatıb: "Bütün neftçilər evə buraxılıb və ambulator müalicəyə göndərilənlərdən yenidən müraciət edənlər yoxdur".

Qeyd edək ki, dekabrın 4-də baş verən qəzada 8 nəfər həlak olub, 22 nəfər itkin düşüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR