​BANM-də “İlin gənc tədqiqatçısı” müsabiqəsi keçiriləcək

​BANM-də “İlin gənc tədqiqatçısı” müsabiqəsi keçiriləcək
10:47 28 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 2016-cı ildən başlayaraq tələbələr arasında hər il “İlin gənc tədqiqatçısı” müsabiqəsi keçiriləcək. Bu barədə “Report”a ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bununla bağlı BANM-in rəhbərliyi əmr imzalayıb və müsabiqənin təşkili ilə əlaqədar müvafiq əsasnamə təsdiq edilib.
“İlin gənc təqdiqatçısı” müsabiqəsi ildən-ilə elmi fəaliyyətə qoşulan tələbələrin sayının artdığını nəzərə alaraq onların elmi fəaliyyətinin keyfiyyət göstəricilərini yüksəltmək və motivasiyasını gücləndirmək məqsədilə həyata keçiriləcək.
Qeyd edək ki, hər tədris ilində elmi işə həvəs göstərən tələbələr Tələbə Elmi Cəmiyyəti xətti ilə planlı şəkildə müəllimlərdən tapşırıqlar alır, araşdırmalar aparır, nəticələri ənənəvi illik elmi-texniki konfranslarda məruzə edirlər. Sonda isə onların məruzələrinin tezisləri toplu şəkildə nəşr olunur.
Hazırda BANM-də mütəxəssis hazırlığı həyata keçirən kafedraları müsabiqənin təşkilinə dair müvafiq tədbirlər həyata keçirir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR