Metro istifadəçilərinə MÜJDƏ - FOTO - SXEM

Metro istifadəçilərinə MÜJDƏ - FOTO - SXEM
10:52 28 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasının ikinci giriş-çıxışı istifadəyə hazırdır.

Milli.Az xəbər verir ki, metronun "Elmlər Akademiyası" stansiyasının ikinci giriş-çıxışının inşa olunduğu sahədə tikinti işləri tam başa çatıb.

"Bakı Metropoliteni" QSC-dən Milli.Az-a bildiriblər ki, yeni giriş-çıxış ən yaxın vaxtlarda sərnişinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, bu istiqamətdə stansiyanın 4 giriş-çıxışı inşa olunub. Onlardan ikisi İnformasiya Texnologiyaları və Radiasiya institutları istiqamətində bir-birinə əks qütblərdə yerləşir, daha biri Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının yeni binası ilə Akademiya bağı, sonuncusu isə BDU istiqamətindədir.

Hərəsində iki eskalator olmaqla iki giriş-çıxışda müasir eskalatorlar quraşdırılıb.

İki mərtəbədən ibarət vestibülün otaqlarla zəngin aşağı qatında fəaliyyəti təmin edəcək müvafiq infrastruktur qurulub.

İlkin İzzət
Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR