İran Cənubi Qafqaz ölkələrinə qaz ixracını artıra bilər

İran Cənubi Qafqaz ölkələrinə qaz ixracını artıra bilər
10:52 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ İran Azərbaycanla qaz ixracı sahəsində "svop" əməliyyatlarının  həcmini artıra bilər. "Report" İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın qazpaylayıcı operatorunun direktoru Yadulla Bəibordi bildirib.
Onun sözlərinə görə, bu il İran gündəlik 1,5 mln. kubmetr qazı Azərbaycandan Naxçıvan Muxtar Respublikasına ötürüb: "Azərbaycandan təxminən 140 mln. kubmetr qaz idxal olunub. Bu il başlayandan İranın Naxçıvana ötürdüyü qazın həcmi isə 130 mln. kubmetrə çatıb.
Qeyd edək ki, Azərbaycan Naxçıvan Muxtar Respublikasını qazla təmin etmək üçün "svop" əməliyyatları çərçivəsində İrana qaz ixrac edir.
İran rəsmisi qeyd edib ki, bu il İran Ermənistana gündəlik 1 mln. kubmetr qaz ixrac edib: "Mövcud infrastrukturla bu ölkəyə gündəlik 10 mln. kubmetr qaz nəql etmək mümkündür. İran hazırda Ermənistana ildə 3 mlrd. kubmetr qaz ixrac edə bilər. Bu təqvim ili başlayandan Ermənistana 250 mln. kubmetrdən çox qaz nəql olunub".
O əlavə edib ki, 9 boru kəməri ilə Türkiyə, İran eləcə də Qafqaz ölkələrinə qaz ixracını artırmaq mümkündür.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/i-ran-cenubi-qafqaz-olkelerine-qaz-ixracini-artira-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR