Müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb

Müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb
10:54 28 Dekabr 2015
185 Sosial
Ölkə mətbuatı
A- A+

Ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirmə uğurla başa çatıb. 

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın sonundan başlayan imtahanlarda Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin və Xaçmaz, Masallı, Cəlilabad, Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Abşeron, Qubadlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 26 000-ə qədər müəllim iştirak edib.

 

Sonuncu olaraq 24-26 dekabr tarixlərində Gəncə şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən diaqnostik qiymətləndirmədə 3500-dən artıq müəllim iştirak edib.

 

Ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirmə uğurla başa çatıb. Noyabrın sonundan başlayan imtahanlarda Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin və Xaçmaz, Masallı, Cəlilabad, Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Abşeron, Qubadlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 26 000-ə qədər müəllim iştirak edib.

 

Belə ki, Xaçmaz rayonunda keçirilən imtahanlarda dəvət olunmuş müəllimlərin 98,5 faizi, Masallı rayonunda keçirilən imtahanlarda 99,17 faizi, Şirvan şəhərində keçirilən imtahanlarda 98,4 faizi, Sumqayıt şəhərində keçirilən imtahanlarda 99,04 faizi, Gəncə şəhərində keçirilən imtahanlarda isə 99,14 faizi iştirak edib.

 

Bildirək ki, diaqnostik qiymətləndirmə Prezidentin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına və təhsil nazirinin müvafiq əmrinə əsasən həyata keçirilib.

 

Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişafyönümlü təlimlərə cəlb edilməsidir.

 

Qeyd edək ki, 2016-cı il 1 yanvar tarixindən bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş müəllimlərin əməkhaqqı artırılacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226791

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR