Azərbaycanlı müğənninin Türkiyədə toyu olacaq

Azərbaycanlı müğənninin Türkiyədə toyu olacaq
10:54 28 Dekabr 2015
196 Şou
Ölkə mətbuatı
A- A+

Ötən həftə paytaxt restoranlarının birində özünə toy edən müğənni Aytac Vidadiqızı növbəti toya hazırlaşır. Lent.az-a açıqlama verən müğənni bildirib ki, ailə qurduğu bəy Türkiyə vətəndaşı olduğuna görə, İstanbulda da toy edəcək: “Bakıda toyum çox gözəl keçdi. Bütün qohumlarım və mənə əziz olan sənət dostlarım xoşbəxt günümdə yanımda oldu. Özəl günümdə sənət aləminin ən görkəmli nümayəndələri iştirak etdi. Hətta unudub dəvət etmədiyim bir sıra şəxs gəlib məni təbrik etdi. Həyat yoldaşımın bütün qohumları Türkiyədə yaşadığından toyda yalnız ailə üzvləri iştirak edə bildi. Ona görə də Bakıda qız toyu oldu. Oğlan toyu Türkiyədə yanvar ayında olacaq. O toy daha möhtəşəm olacaq. Daha sonra isə bal ayına yollanacağıq”.

 

A.Vidadiqızı toyuna gəlməyən bəzi həmkarlarından danışıb: “Toy insan həyatında dostunu-düşmənini müəyyən etmək üçün gözəl təcrübədir. Mən də toyumdan sonra üzümə gülən yalançı dostlarımı tanıdım. Dost bildiyim az sayda sənət yoldaşım oldu ki, məni heç quru sözlə təbrik etmədi. İnsan uman yerdən küsər. Mən onların bütün tədbirlərində, xeyir işlərində necə lazımdır iştirak etmişəm. Mən heç kəslə pula görə dostluq etmirəm. Amma görünür çoxu mənim puluma, var-dövlətimə görə dostluq edib. Nə səsimlə, nə imkanımla heç birindən geri qalmıram”.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226800

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR