Britaniyada nəşr olunmuş kitabda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan danışılır

10:58 28 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəy və tövsiyələri əsasında Britaniyanın Brooklands New Media şirkəti ilə hazırlanmış “Celebrating The Vision And Leadership Of The President Of Azerbaijan His Excellency Ilham Aliyev And The Future Success Of The Republic Of Azerbaijan” nəşri məhz bu günlərdə işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın 25 illik müstəqilliyi dövründə keçdiyi inkişaf yoluna obyektiv baxışı əks etdirən bu nəşr diqqəti xüsusən dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə əldə olunmuş nailiyyətlərə cəlb edir. Kitabda Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev haqlı olaraq müasir müstəqil Azərbaycanı yaradan, onun milli xarakterini formalaşdıran və sürətli sosial-iqtisadi inkişaf yoluna çıxaran lider kimi xarakterizə olunur.
Müəlliflər 2003-cü ildən bu günədək Azərbaycanın siyasi, iqtisadi, enerji, sosial, mədəni, idman və digər sahələrdə əldə etdiyi uğurları təsvir edərkən, Prezident İlham Əliyevin ölkənin inkişafı istiqamətində atdığı strateji addımları və qəbul etdiyi qərarları incəliklə təhlil edirlər.
Şirkət tərəfindən nüsxələri dünyanın müxtəlif siyasi və biznes dairələrinin liderlərinə göndəriləcək bu kitab Azərbaycanın inkişaf yolunun beynəlxalq aləmdə təbliği baxımından əhəmiyyətli mənbə rolunu oynayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniyada_nesr_olunmus_kitabda_Prezident_Ilham_Aliyevin_rehberliyi_ile_Azerbaycanin_elde_etdiyi_ugurlardan_danisilir-914825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR