“Barselona” futbol klubunun cəzası təsdiqlənib

14:52 30 Dekabr 2014
131 İdman
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 14:47 ]



Bakı – APA. Aşağı yaş qrupuna alınan futbolçuların transferində qanunsuzluğa yol verdiyi üçün cəzalandırılan “Barselona” haqda yekun qərar verilib. Apasport.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (İAM) İspaniya nəhənginin cəzasında dəyişiklik etməyib.

 

Bu isə o deməkdi ki, “Barselona” 2016-cı ilin yanvarına qədər transfer etmək hüququna malik olmayacaq. Kataloniya klubu həm bu qış, həm də gələn yay heç bir oyunçu ala bilməyəcək. “Barselona” yalnız Dani Alveş kimi, müqaviləsi bitmək üzrə olan oyunçularla yeni müqavilə imzalaya və digər klublarda icarədə olan futbolçularını qaytara bilər.

 

Qeyd edək ki, “Barselona” FİFA-nın klubla bağlı verdiyi transfer qadağasına görə, dekabrın 5-də İAM-a müraciət etmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR