Kadırov azərbaycanlı idmançıya maşın bağışladı (VİDEO,FOTO)

Kadırov azərbaycanlı idmançıya maşın bağışladı (VİDEO,FOTO)
11:06 28 Dekabr 2015
70 İdman
Ölkə mətbuatı
A- A+

Çeçenistanın rəhbəri Ramzan Kadırov azərbaycanlı döyüşçü Zabit Səmədova maşın hədiyyə edib.

ANS PRESS-in məlumatına görə, azərbaycanlı döyüşçü yeni maşının fotosunu İnstagram hesabından paylaşıb. O, fotonu "qardaşım, hədiyyələr görə çox sağ ol" şərhi ilə payalaşıb. Zabitinin yeni maşını "Mercedes w 222" markasıdır. Maşının təxminən 200 min AZN qiyməti var.


Zabit Səmədovun "İnstaqram" səhifəsi

O, sosial şəbəkə vasitəsilə ona dəstək olan və azarkeşlik edən hər kəsə təşəkkür edib. Z.Səmədov Kadırova da hədiyyə üçün minnətdarlığı bildirib.

“Mənə dəstək olan və azarkeşlik edən hər kəsə, öz həmyerlilərimə minnətdarlığımı bildirmək istəyirəm. Mənim qardaşım Ramzan Kadırova, mənə etdiyi hədiyyəyə, bu revanş döyüşün baş tutmasına görə təşəkkür edirəm. Bir daha mənə verdiyiniz dəyərə görə çox sağ olun”.


Zabit Səmədovun "Facebook" səhifəsi.

Ötən gün azərbaycanlı kikboksçu Zabit Səmədov Qroznıda keçirilən döyüş axşamı çərçivəsində döyüşçü Pol Slovinski üzərində qisasını alaraq qələbə qazanıb.


Görüşün əsas anları

Zabit Səmədov hələ 2007-ci ildə Niderland krallığının paytaxtı Amsterdamda Qran-Pri K-1 zamanı Pol Slovinski ilə üz-üzə gəkmişdi, lakin o zaman Səmədovun Slovinskini nokdauna göndərməsinə baxmayaraq qələbə avstraliyalı idmançının olmuşdu.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR