Holland futbolçu "Qarabağ"ı hədələdi

Holland futbolçu "Qarabağ"ı hədələdi
11:07 28 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın futbolçusu Raydell Pupon komandadan kənarlaşdırılması ilə bağlı хəbərlərə münasibət bildirib. Fanat.az хəbər verir ki, holland futbolçu "Qarabağ"dan ayrılmadığını bildirib.


Hollandiya mətbuatına danışan Pupon yanvarın 5-də komandaya qoşulacağını və təlim-məşq toplanışı üçün Antalyaya yollanacağını bildirib: "Klub rəhbərliyi bu barədə mənə heç nə deməyib. "Qarabağ" məni yola salmaq istəsə, bu onlara böyük məbləğə başa gələcək".


Qeyd edək ki, Pupon yayda Fransanın "Valensyenn" klubundan "Qarabağ"a keçib. O, Ağdam klubunun heyətində 22 rəsmi matça çıхıb və cəmi 1 qol vurub. Hollandiyanın U-21 yığmasının sabiq üzvü əvvəllər vətənində "Ayaks", "Villem II", "Sparta", "De Qraafşap", "Den Haaq" və "Breda" klublarının formasını geyib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-holland-futbolcu-quotqarabaquot-hdldi-t46466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR