İŞİD liderlərindən biri ələ keçdi

İŞİD liderlərindən biri ələ keçdi
11:22 28 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

İraqın Kərkük vilayətində ABŞ-ın xüsusi təyinatlı hərbçiləri İŞİD terrorçu qruplaşmasının başçılarından biri olan Abu Ömər əş-Şişanini sağ tutublar.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, xüsusi təyinatlılar əməliyyat zamanı, həmçinin İŞİD-in iki səhra komandirini saxlayıblar və daha 7 döyüşçünü zərərsizləşdiriblər. Sağ tutulan hər 3 İŞİD döyüşçüsü İraqın şimal-şərqindəki Süleymaniyə şəhərinə aparılıb.

Qeyd edək ki, əsl adı Tarxan Batiraşvili olan 29 yaşlı əş-Şişani Gürcüstanın Pankisi dərəsində anadan olub. Gürcüstan ordusunda hərbi xidmət keçib. 2012-ci ildə Türkiyə ərazisindən Suriyaya gedərək, İŞİD tərkibində döyüşüb və terrorçu qruplaşmanın liderlərindən birinə çevrilib. Bu ilin yayında onun öldürüldüyü barədə xəbər yayılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR