İtkin düşmüş neftçilərin ailə üzvləri də axtarışlarda iştirak edəcəklər

İtkin düşmüş neftçilərin ailə üzvləri də axtarışlarda iştirak edəcəklər
11:27 28 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və SOCAR dekabr 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların vertolyotlar vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib.

Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 29-da itkin düşənlərin hərəsinin 1 (bir) nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR