Zaqreb "Dinamo"sunun yarımmüdafiəçisi Ante Çoriç Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Xorvatiya mətbuatına istinadən məlumatına görə, 18 yaşlı futbolçu hazırda seçim qarşısındadı.
Xorvatiyada "yeni Prosineçki" kimi çağırılan Çoriç ölkə futbol tarixinin ən böyük kəşfi sayılır. Hətta o, Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki, həmçinin Zvonimir Boban və Luka Modriçdən də güclü hesab edilir. "Real" başda olmaqla, "Çelsi" və "Bavariya" kimi komandalar qış fasiləsində onu transfer etməkdə israrlıdılar.
Qeyd edək ki, "Dinamo" ilə müqavilə müddəti 2020-ci ilə qədər olan Çoriçin transfer qiyməti 10 milyon avrodu.
Milli.Az