Müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb

Müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb
11:33 28 Dekabr 2015
245 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC 
Dekabrın 24-dən 26-dək Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Gəncə şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən diaqnostik qiymətləndirmədə 3 min 500-dən artıq müəllim iştirak edib.
Ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirmə uğurla başa çatıb. Noyabrın sonundan başlayan imtahanlarda Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin və Xaçmaz, Masallı, Cəlilabad, Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Abşeron, Qubadlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 26 minədək müəllim iştirak edib. İmtahanlar proqram təminatı əsasında kompyuterlər vasitəsilə keçirilib.
Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişafyönümlü təlimlərə cəlb edilməsidir.
Qeyd edək ki, 2016-cı il 1 yanvar tarixindən bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş müəllimlərin əməkhaqqı artırılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muellimlerin_diaqnostik_qiymetlendirilmesi_basa_chatib-914837

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR