“Baltika-Bakı” şirkəti məhsulunun buraxılış qiymətini artırmağı planlaşdırmır

“Baltika-Bakı” şirkəti məhsulunun buraxılış qiymətini artırmağı planlaşdırmır
11:33 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Baltika-Bakı” şirkəti yaxın zamanda məhsulunun buraxılış qiymətini artırmağı planlaşdırmır.

Şirkətdən Trend-ə verilən məlumata görə, milli valyuta məzənnəsinin dollar və avroya nisbətdə dəyişilməsi ilə bağlı Azərbaycan istehlak bazarının iştirakçılarının kütləvi şəkildə qiymət artırmasına baxmayaraq, “Baltika-Bakı” şirkəti yaxın zamanda məhsulunun buraxılış qiymətini artırmaq niyyətində deyil.

Şirkət qiymət siyasətinin yenidən baxılmasına olduqca mərhələli və ehtiyatla yanaşır və inflyasiyanı saxlamaq və istehlakçının üzərinə düşən qiymət yükünün artımını minimizasiya etmək üçün əlindən gələni edir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR