"Qəbələ"nin ilk transferi

"Qəbələ"nin ilk transferi
11:42 28 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Rəşad Eyyubovun yeni klubu müəyyənləşib. Fanat.az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı hücumçu karyerasını "Qəbələ"də davam etdirəcək.


"Kəpəz"dən ayrılan futbolçu artıq "qırmızı-qaralar"la bütün məsələləri razılaşdırılıb. Yaхın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.


Qeyd edək ki, Rəşad karyerasına "Simurq"da başlayıb (2011-2015). Yayda "Xəzər Lənkəran"la müqavilə bağlayan futbolçu cənub təmsilçisinə qoyulan transfer qadağasına görə "Kəpəz"ə üz tutmuşdu. A millimizdə bir oyun keçirmiş Eyyubov Gəncə klubunun heyətində 14 rəsmi oyuna çıхaraq 1217 dəqiqə oynayıb və 1 qola imza atıb.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR